Dataskope

DataBase Activity Monitoring

DATASKOPE məhsulunun əsas funksiyası kritik verilənlər bazası sistemlərinə girişlərin və dəyişikliklərin gözlənildiyi, planlaşdırıldığı və arzu edildiyi kimi olmasını təmin etməkdir. Siz Dataskope ilə bütün bu əməliyyatları verilənlər bazasındakı audit funksiyasını işə salmadan edə bilər və beləliklə, sistem performansını azaltmadan audit yoxlanışlarını keçirtə bilərsiniz.

 

Əsas Xüsusiyyətlər və Faydalar

DATASKOPE məhsulu, verilənlər bazası sistemlərinizdə baş verən hadisələri aşkarlayır, təsnif edir, həyəcan siqnalları yaradır və xəbər verir. Həssas məlumatlara kimin daxil olduğu və hansı fasilələrlə hansı tədbirlərin görüldüyü barədə məlumatlara asanlıqla daxil olmağa imkan verən , əvvəlcədən təyin edilmiş siqnalizasiya qaydalarıyla səlahiyyətli şəxslərin hadisələr haqqında məlumatlandırılmasını təmin edən bir verilənlər bazası audit məhsuludur.

DATASKOPE ilə aşağıdakı yoxlamaları həyata keçirə və hesabat verə bilərsiniz:

·  Login (istifadəçi adı və parolu): Verilənlər bazasına uğurlu və uğursuz girişləri izləməyə imkan verir.
·  Məlumat məzmunu mübadiləsi: SELECT, UPDATE, DELETE, EXEC, və s. əmrləri izləməyə imkan verir.
·  Daxilolmaların izlənilməsi: Orjinal (həssas) məlumatlara kimin daxil olduğunu izləməyinizə imkan verir.
·  Verilənlər bazası administratorlarının yoxlanılması: İstifadəçinin yaradılması, silinməsi və s. əməliyyatları izləyir və hərəkət etməyə imkan verir.
·  Təsnif edilmiş nəzarət: İstifadəçi, verilənlər bazası, cədvəl, əmr əsasında əməliyyatlara kimin baxa biləcəyinə qərar verməyə imkan verir.
·  Hesabat verilməsi:  ISO27001, COBIT, PCI, SOX kimi standartlara uyğun hesabatlar əldə etməyə imkan verir.

Copyright © 2021. Bütün hüquqlar qorunur